12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28

Bazar icmalı

19-23 Noyabr tarixləri aralığında həftəlik proqnozlar.

19-23 Noyabr tarixləri aralığında həftəlik proqnozlar.

Bazar ertəsi
Bazarın açılışından əvvəl 23.45-də Yeni Zelandiya istehsal qiymət indeksi (İQİ) ilə, 17:00-da ABŞ-da mənzil satışları haqda məlumatlar bazar ertəsinin ən vacib məlumatları olacaq.

Çərşənbə axşamı
09:00-da İsveçrə ticarət balansı və Almaniya istehsal qiymət indeksi (İQİ) məlumatları açıqlanacaq. 15:30-da isə ABŞ-dan yenə mənzil satışları ilə bağlı məlumatlar gələcək. İnşaat icazələri və mənzil başlanğıcları məlumatlarında keçən aya görə az eniş gözlənilir. 19:15-də ABŞ Mərkəzi Bankının Prezidenti Ben Bernankenin çıxışı isə bazarın bütün diqqətini çəkəcək.



12-16 tarixləri aralığında həftəlik yekun icmal.

Foreks bazarında başqa bir həftəni ötürdük. Əvvəlki həftələrlə müqayisədə sakit bir həftə oldu. Həftə Avrozonanın toplantıları ilə başladı, fəqət toplantılardan çıxan nəticələr bazarın məmnun etmədi. Yunanıstanın yardım paketi üçün qərarı 20 Noyabra təxirə salındı. Yaponiya üçün olduqca hərəkətli bir həftə oldu. Yaponiyada 16 dekabrda növbədənkənar seçim elan olundu. Baş Nazir postuna ən böyük namizəd müxalifət partiyasının lideri Abe çıxışında sərt pul siyasəti sistemindən yavaş pul siyasətinə keçməsini, lazım gələrsə, Mərkəzi Bankının qanununu dəyişəcəyini vurğuladı. Bu inkişaflar JPY-nin olduğu cütlüklərdə böyük hərəkətlər oldu və sərt JPY satışları gördük. Həftənin bəlkə də ən vacib xəbəri həftənin son günü oldu. Xəbərlərə görə Ağ Ev maliyyə uçurumunu sovuşdurmaq üçün lazım olan böyük kəsilmələri təxirə salmaq və əvəzində başqa bir həll yolunu tapmaq üçün görüşlərin təşkil olunmasını təmin etdi.



İqtisadi Məlumatların olmadığı bir gecədə diqqət yenə də Yaponiyanın üzərində idi.

5-9 Noyabr - tarixləri aralığında bazar üçün həftəlik proqnoz

Yaponiyada gözlədiyimiz kimi oldu, yəni 16 dekabr üçün növbədən kənar seçim elan edildi. Seçilmə ehtimalı yüksək olan müxalifət lideri Abe inflyasiya hədəfinin 2% olacağını açıqladı. Bundan başqa, Mərkəzi Bankı ilə daha yaxşı koordinasiya ( yəni, istədiyini etdirmək) üçün Mərkəzi Bankının qanununda dəyişiklik etmək istədiyini qeyd etdi. USD/JPY-yə bu xəbər böyük bir təsir göstərmədi. BVF(Beynəlxalq Valyuta Fondu)-nin prezidenti Lagarde 20 noyabrda Yunanıstan mövzusunda bir qərarın çıxacağı haqda müəmmalı bir cavab verdi. Problemin natamam deyil, tam həlli istədiklərini söylədi. Yəni, AB ölkələr ilə BVF arasında hələ də anlaşılmazlıq var. Həftə sonu gözlər bu cəbhələrdən gələcək açıqlamarda olacaq. BVF Avstraliya Mərkəz Bankının zəif pul siyasətini dəstəklədiyini, hətta daha artıq faiz endirimi üçün də lazımi sahəyə sahib olduğunu qeyd etdi. Asiya birjalarının ulduzu yenə Yaponiya oldu. Seçimin dəqiqləşməsi və Yen-in zəifləməsi ilə nəticələnən nikbinlik Nikkei indeksinə bir 2%-də plyus qatdı.



EUR/CHF-nin aqibəti necə olacaq?

EUR/CHF-nin aqibəti necə olacaq?

Ötən illərin hərəkətli cütlüklərindən sayılan EUR/CHF 2011-ci ilin sentyabr ayında İsveçrə Mərkəzi Bankı tərəfindən gələn müdaxilədən sonra pərdələrin arxasına keçərək 1.20 səviyyəsindən çox uzağa getmədi. Son 1 ilə nəzər yetirsək, gün ərzində 50 pips`lik hərəkətlərin sadəcə bir neçə dəfə hərəkətdə olduğunu gördüyümüz EUR/CHF-də sentyabr ayında “yeni bir müdaxilə gələcək” pıçıltısı ilə 1.2110-dan 1.2180-ə qədər gedən güclü alışlarını izlədik. Yaxın günlərdə isə EUR/CHF səsini çox yüksəltmədən yenidən 1.2040 civarına qədər gerilədi. Bu cütlüklərin aqibətinin necə olacağı, köhnə hərəkətli günlərinin harda qaldığı çoxumuza maraqlıdır. Goldman Sachs-ın 3 aylıq ehtimallarını gözləyirik. EUR/CHF-də 6 aylıq ehtimal: 1.20.., 12 aylıq : 1.20.. Bazarda EUR/CHF –da ciddi bir hərəkət hardasa yox dərəcəsində olacaq.



Gecənin ən vacib xəbəri Asiyanın ən böyük iki iqtisadiyyatı olan Çin və Yaponiyadan gəldi. Siyasi dəyişikliklərin istiqamət verdiyi gecəyə Çindən başlayaq.

qızılda hansı strategiya izlənməlidir?

Çində Partiya Kongresi mərkəzi komitənin seçilməsi ilə sona çatdı. Xi Jinping gözlənildiyi kimi partiyanın Ümumi Sekretarlığına keçdi. Və mart ayında dövlət başçısı olacaq. Li Keqiang yenə də gözlənildiyi kimi Mərkəzi Komitəyə seçildi və mart ayında baş nazir səlahiyyətlərini icra edəcək. Həm Honq Konq, həm də Şanxay indeksləri 1%-dən çox olaraq mənfi ilə seansı bağladı. Dekabrın 16-da gözlənilən növbədən kənar seçimlərdə Abenin baş nazir olacağına əminlik çoxdur. Dünən çıxışında: “Yaponiya Bankı ilə çox yaxından işləyəcəyəm, faizlər sıfır və ya sıfırın altıdan olmalıdır” –deyərək USD/JPY 80.50-ni keçərək 81-ə uzanmasına yol açdı Asiya birjaları dünən ABŞ-dan gələn gözləntilərin aşağıda olması səbəbilə pərakəndə satışlar və ABŞ-ın Mərkəzi Bankının toplantısından sonra ümumi olaraq qırmızı bir gün keçirtdi. Nikkei indeksi böyük bir ralli etdi və 2%-ə yaxınlaşdı.



Qızılda hansı strategiya izlənməlidir?

qızılda hansı strategiya izlənməlidir?

Bazarı çox narahat edən və onu maraqlandıran mövzu Bernankenin ( ABŞ Mərkəzi Bankının(FED) prezidenti) 2014-də eyni vəzifə səlahiyyətinin daşıyıb-daşımayacağı idi. Obamanın seçilməsi təsdiq etdi ki, Bernanke eyni postda bir müddət davam edəcəkdir . Və ən əsası da odur ki, Bernanken davam etməsə belə bənzər siyasət davam edəcək və fövqəladə dəyişikliyin olmayacağı dəqiqdir. Obamanın seçilməsi həm valyuta cütlüklərində, həm də birjalarda alış iştahını artırdı. Qızıl 1725 üstündə olmaqla AUD/USD 1.0470 ilə son 6 həftənin ən yüksək səviyyəsini gördü. Bu gün isə bazırın diqqəti Yunanısatn Parlamentindəki ölkənin bankrotla üzləşmədən kəmər sıxma paketinin təsdiqlənməsinə dair səsvermə nəticələrində olacaq. Əgər seçkilər “bəli” cavabı ilə nəticələnərsə, EUR/USD cütlüyü 1.30 ilə başlayacağı gözlənilir.



12-16 Noyabr tarixləri aralığında həftəlik proqnozlar

12-16 Noyabr tarixləri aralığında həftəlik proqnozlar:

Ötən həftəki hesabatımızda paylaşdığımız kimi olduqca dinamik bir həftəni geridə qoyduq. Həm iqtisadi, həm də siyasi məlumatlar ilə olduqca gərgin bir həftə idi. Bu həftə də iqtisadi məlumatlar səbəbiylə olduqca zəngin olacaq.
Həm Yunanıstan məlumatları, həm də ABŞ-dakı maliyyə uçurumu haqda müzakirələr yenə də gündəmə təsir edəcək.
Bazar ertəsi
Yaponiyadan gələn məlumatlarla həftə açılır. 01.50-də Yaponiyanın böyüməsi və sənaye fəaliyyəti haqda məlumatlar gələcək. Sənayenin fəaliyyətində isə ötən ay nə daralma, nə də genişlənmə olduğu ehtimal olunur.
02.30-da Avstraliyadan mənzil kreditləri haqda məlumatlar açıqlanacaq. Ötən ay 1.8% artım var idi, bu ay 1.1% gözlənilir.



Barack Obamanın yenidən seçilməsi bazardan təsirsiz ötüşmədi.

Bazarı çox narahat edən və onu maraqlandıran mövzu Bernankenin ( ABŞ Mərkəzi Bankının(FED) prezidenti) 2014-də eyni vəzifə səlahiyyətinin daşıyıb-daşımayacağı idi. Obamanın seçilməsi təsdiq etdi ki, Bernanke eyni postda bir müddət davam edəcəkdir . Və ən əsası da odur ki, Bernanken davam etməsə belə bənzər siyasət davam edəcək və fövqəladə dəyişikliyin olmayacağı dəqiqdir. Obamanın seçilməsi həm valyuta cütlüklərində, həm də birjalarda alış iştahını artırdı. Qızıl 1725 üstündə olmaqla AUD/USD 1.0470 ilə son 6 həftənin ən yüksək səviyyəsini gördü. Bu gün isə bazırın diqqəti Yunanısatn Parlamentindəki ölkənin bankrotla üzləşmədən kəmər sıxma paketinin təsdiqlənməsinə dair səsvermə nəticələrində olacaq. Əgər seçkilər “bəli” cavabı ilə nəticələnərsə, EUR/USD cütlüyü 1.30 ilə başlayacağı gözlənilir.



5-9 Noyabr - tarixləri aralığında bazar üçün həftəlik proqnoz

5-9 Noyabr - tarixləri aralığında bazar üçün həftəlik proqnoz

Bazar ertəsi
02:30-da Avstraliyadan pərakəndə satışlar və ticarət balansı məlumatları ilə həftəyə başlayırıq. Pərakəndə satışlarda 0.4% artım gözlənərkən ticarət kəsirinin keçən aya nisbətən azalacağı gözlənilir. Məlumatlar ertəsi gün açıqlanacaq faiz qərarına təsir edə bilər, buna görə də “AUD” üçün hərəkət yaradılacaq.

10:00-da Avrozonada ən sıxıntılı ölkələrdən biri olan İspaniyanın ən mühüm problemi olan işsizlik məlumatı açıqlanacaq. İşsizlik ordusunda keçən aykı artım 79.000 olduğu təqdirdə bu ay 90.000-ə qalxacağı gözlənilir. Gözlənti alt və ya üst məlumatı olaraq EUR USD üçün pozisya imkanı yaradacaq. 17:00-da ABŞ-da ən vacib məlumatlardan biri olan xidmət sektoru indeksi açıqlanacaq. 55.1-dən 54.6-ya gərilmə ehtimalı var.