12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Fundamental analiz

Fundamental analiz nədir?


Fundamental analiz mikro və makroiqtisadi nəzəriyyələrə müraciət edərək gələcək trendləri müəyyən etməkdir.
Fundamental analizdə bazarda baş verən hadisələr ilə bağlı hər bir məlumat toplanaraq təhlil edilir və gələcək üçün proqnozlar verilir. Texniki analiz fundamental analizin tərsi olaraq bazarda olan dəyişikliklər üzərində dayanır. İqtisadiyyatın fərqli zamanlarda göstərdiyi nəticələrin aydınlanması, çeşidli sektorların bu nəticələrdən necə təsirlənməsi  və buna bağlı olaraq ticarətin gələcəkdə nağd axınlarının ehtimalı fundamental analizdə edilir.  Bundan başqa, bazarda siyasi, iqtisadi, sosial güclərin təsirinin analizi fundamental analiz özündə cəmləyir. Fundamental analiz adətən uzun müddətli investisiyada mühüm rol oynayır.