12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Foreks lüğəti

A
  • Arbitraj (Arbitrage) – Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılan əməliyyatıdır. Eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı düşməsi nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.

  • Ayı Bazarı (Bearish market) – Bazarda qiymətlərin düşməsidir.

  • Avro (Euro) – Avropa Birliyinin pul vahididir.

  • Avropa Mərkəzi Bankı (European Central Bank) – Avrozonada milli çərçivələrdən daha yuxarı səviyyədə monetar siyasət aparmaq üçün yaradılmış təşkilatdır.

  • Avrozona ( Eurozone) – Avropa Birliyində pul vahidlərini “avro”ya dəyişdirən ölkələr bu zonaya daxildir. Avropa Mərkəzi Bankı zonada pul siyasətini idarə edən qurumdur. AB-nin üzvü olan, lakin “avro”-dan istifdə etməyən ölkələr vardır. Bununla belə, AB-nin üzvü olmayıb, “avro” istifadə edən ölkələr var.

  • Artım (Uptick) – Əvvəlki qiymətdən daha yüksək qiymətlə ifadə olunmuş kotirovkadır.


B
  • Bazar əmri (Market Order) – Valyuta cütlüklərinin  bazar alış və satışı üçün bazarın verdiyi əmrdir.

  • Beynəlxalq Valyuta Fondu (International Monetary Fond) – Beynəlxalq maliyyə təşkilatlarından biridir. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudu.

  • Buğa Bazarı (Bullish market) – Bazarda qiymətlərin qalxmasıdır.

  • Broker (broker) – Komissiya alınması şərti ilə vasitəçi olaraq alıcı və satıcını bir yerə gətirən hüquqi və ya fiziki şəxsdir.

  • Bundesbank – Almaniyanın Mərkəzi Bankıdır.

  • Büdcə kəsiri – Əməliyyat və ödəmələr üçün balansda əskik olma vəziyyətdir.


C
  • Cari Balans (Current Balance) – Ölkənin daxili investisiya ilə ölkədə edilən qənaət arasındakı fərqdir. Əgər cari balans müsbətdirsə, bu, ölkədə edilən qənaətin bir hissəsinin ölkə xaricində qoyulan investisiyadır. Əgər cari balans mənfidirsə, o zaman daxili investisiya əcnəbilərin qənaəti ilə maliyyələşir mənasına gəlir.


Ç
  • Çarpaz valyuta – İki valyuta cütlüyü və bu cütlüyün hər birinin üçüncü valyuta (çox zaman ABŞ dolları) ilə arasında mübadilədir.


D
  • Diapazon (Range) – ticarət sessiyası ərzində müəyyən maliyyə aləti üzrə ən yüksək və ən kiçik qiymət arasındakı fərqdir.


F
  • FES (Federal Ehtiyat Sistemi) (FED, FRS (Federal Reserve System)) – ABŞ-ın Mərkəzi Bankıdır.


G
  • Girov (collateral) – Təminat rolunu oynayır. Öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan vəsaitdir.


İ
  • İstehsal Qiymətləri İndeksi (IQI) (producer price index) – Bütün satışlarda aylıq dəyişilməni ölçür. İQİ emal sektorunda qiymətlərin dəyişməsi haqda verilən məlumatlar inflyasiyanın ölçülməsi üçün yaxşı göstəricilərdən biridir.

  • İstehlakçı Qiymətləri İndeksi (IQI) (consumer price index) – İnflyasiyanı ölçür. İQİ istehlak səbətinin dəyərində baş verən dəyişiklikləri müəyyən­ləşdirmək üçün istifadə edilir. Başqa sözlə, əmtəə və xidmətlərin qiymətinin artdığı bir şəraitdə İQİ istehlakçının əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün onun gəlirlərinin nə qədər artırılmalı olduğunu müəyyən etməyə kömək edir.

  • İnflyasiya (Inflation) – İstehlakçı məhsullarının üzərində qiymətin qalxması və pul öz alıcılıq qabiliyyətini itirməsidir.


K
  • Kredit çiyni-leverec (leverage) – Foreks bazarında pozisyanı açmaq üçün və ya ticarətə başlamaq üçün brokerdən alınan borcdur.

  • Kotirovka (quote) – Bazar qiyməti əks olunmuş valyuta cütləridir.


L
  • Likvidləşmə (liquidation) – cari ticarət əməliyyatının əks əməliyyat vasitəsi ilə bağlanmasıdır.

  • Likvidlik (Liquidity) – Qiymətin stabilliyinə təsir etmədən bazarın istənilən həcmdə ticarət əməliyyatını etmə bacarığıdır.

  • Lot (Lot) – Sövdələşən ticarətin həcmidir. Məsələn, 100,000 ABŞ dolları almaq istəyirsən və 100,000 sənin ticarət həcmindir.

  • LIBOR (London banklararası faiz dərəcəsi) – London banklararası faiz dərəcəsidir. Banklar digər banklardan borc alarkən LIBOR`dan istifadə edir.


M
  • Makroiqtisadiyyat (Macroeconomics) – “Makros” yunan sözü olub mənası “geniş”+”iqtisadiyyat” deməkdir. Makroiqtisadiyyat iqtisadiyyatın o sahəsidir ki, orada iqtisadiyyatın geniş anlamda hərəkəti, strukturu, qərarların verilməsi öyrənilir. Buraya milli, coğrafi və qlobal iqtisadiyyat daxildir. Makroiqtisadiyyatda məcmu şəkildə ÜDM, işsizlik dərəcəsi, inflyasiya, milli gəlirlər, investisiya, əmanətlər, beynəlxalq ticarət, beynəlxalq maliyyə öyrənilir.

  • Makroiqtisadi göstəricilər (Macro economy indicators) – Makroiqtisadi göstəricilərə ÜDM, işsizlik dərəcəsi, inflyasiya, milli gəlirlər, investisiya, əmanətlər, beynəlxalq ticarət, beynəlxalq maliyyə daxildir.

  • Marja (Margin) – Ticarətə başlamaq üçün lazım olan ilkin vəsait, sərmayə.

  • Marja siqnalı (Margin call) –  Müştərinin əleyhinə baş verən əməliyyat nəticəsində  broker və ya diler tərəfindən müştərini bu haqda məlumatlandıraraq mənfiyə istiqamətlənmiş əməliyyata əlavə depozit tələbidir.

  • Müqavimət (Resistance) – Texniki analizin göstəricisidir. Müəyyən qiymət səviyyəsində valyutanın davamlı satışıdır.

  • Müdafiə (Support) – Texniki analizin göstəricisidir. Müəyyən qiymət səviyyəsində valyutanın davamlı alışıdır.

  • Mərkəzi Banklar (Central Banks) – Dövlətin monetar – pul siyasətini idarə edən  dövlət strukturudur


N
  • Naqil-kabel (cable) – Funt Sterlinq/ ABŞ dolları  üçün istifadə olunan jarqon kəlmədir.


R
  • Risk iştahı (Risk appetite) – İnvestorların riskə meyilli olmasına deyilir. Risk iştahının yüksək olması likvidliyin artaraq faiz və valyutanın düşməsi ilə nəticələnir.


P
  • Pip (pips) – 4-cü onluqda ədədlərin çıxılması və artırılmasıdır. Məsələn, 0.0001.

  • Pozisya – Alınmış müəyyən valyuta növünün xalis həcmidir.

  • Pul siyasəti (Monetary Policy) – Monetar siyasət də deyilir. Ölkənin Monetar Hakimiyyəti tərəfindən pul təklifinin idarə edilməsidir.

  • Pul Təklifi (Money Supply) – Ölkədə dövriyyədə olan monetar vəsaitin, pulun ümumi məbləğidir.


Q
  • Qısamüddətli əməliyyat (short position) – İnvestorun vəziyyətidir. Bazarda qiymətlər artır, lakin investorun mənfəəti azalır.

  • Qiymətləndirmə (Appreciation ) – Valyutanın bazarın tələbinə görə qiymət baxımından güclənməsidir.


S
  • Sövdələşmə dəyəri (Transaction cost) – Maliyyə alətinin alqı-satqı dəyəridir.

  • Sövdələşmə günü (Transaction date) – Sövdələşmənin baş tutduğu tarixdir.

  • Səbatsızlıq (Volatility) – Bazar qiymətinin zamanla hərəkətinin statistik ölçüsüdür.

  • Spot qiymət (spot price) – Cari bazar qiymətidir.


Ş
  • Şam qrafiki (Candlestick Chart) –  Foreks bazarında texniki analizin oxunmasında istifadə olunan qrafikərdən biridir. Ticarət məsafəsini gündəlik göstərərək qiymətlərin açılış və bağlanış nöqtəsinin müəyyənləşdirilir. Əgər açılış qiymət bağlanış qiymətdən yüksəkdirsə, açılış və bağlanış bazar arasında düzbucaqlı dördbucaq rənglənir. Əgər bağlanış qiymət açılış qiymətdən yüksəkdirsə, o zaman o zona kölgələnmir.


T
  • Ticarət Artımı (Trade surplus) – Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə, Ticarət Balansı müsbət olar.

  • Ticarət Balansı (Balance of Trade) – İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdın ölkəyə daxil olan malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir.

  • Ticarət kəsiri (Trade deficit) – ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət kəsiri olar. Yəni ticarət balansi mənfi olar.

  • Təklif (bid) qiymət – treyderin o qiymətə almaq istədiyi qiymətdir.

  • Tələb (ask) qiymət – treyderin o qiymətə satdığı qiymətdir.

  • Tələb/təklif spredi (ask/bid spread) – Tələb və təklif qiymətinin arasındakı fərqdir. Əksər vaxtlarda bazarın likvidliyi spredlə ölçülür.


V
  • Valyuta (currency) – Dövlətin və ya Mərkəzi Bankın təsis etdiyi dövlətin pul sistemidir ki, bununla da ticarətin özülü qoyulur.

  • Valyuta cütü (currency pair) – Valyuta mübadiləsi bazarında kotirovkada iştirak edən iki valyuta. Məsələn, EUR/USD


X
  • Xətti qrafik (Bar chart) – Valyuta cütlüklərinin hərəkətini rahat şəkildə oxuya biləcək qrafik növüdür


Y
  • Yenidən qiymətləndirmə (Revaluation) – Mərkəzi Bankın müdaxiləsi nəticəsində valyuta dəyərinin artmasıdır.