12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


MVS

1.Foreksdə treyderlər nəyə görə pul itirir?

“Start up” kapitalı, yəni sərmayə qoyduqları ilkin kapital, vəsait az olduğu üçün treyderlər uğursuzluqla üzləşirlər. Puldan pul qazanmaq üçün ilkin kapitalın çox olması buna şərait yaratmalıdır. İkinci səbəb kimi treyderlərin tamahkarlığını qeyd etmək olar. Üçüncü səbəb isə yanlış olduqlarını inkar etmələridir.

2. Marja siqnalı nədir?

Marja siqnalı treyderin hesabında sövdələşməni dəstəkləyə biləcək kifayət qədər vəsait olmadığında baş verir.

3. Kurslarınıza gəlsəm, tədris materiallarınızla tanış olduqdan sonra onları icra etsəm, Foreks`də pul qazanacağıma zəmanət verirsiniz?

Belə bir zəmanəti heç bir təşkilatın verməsi mümkün deyildir. Amma kurslarımıza qatılan bütün treyderlərə ən yaxşı təlimin keçməsinə dair zəmanət veririk.

4. Texniki analiz nədir?

Texniki analiz gələcəkdə qiymət hərəkətlərini təxmin etmək məqsədilə, qiymət qrafiklərinin köməyi ilə keçmişdəki bazar hərəkətlərinə detallı baxışdır. Texniki analitik üçün 2 vacib bilgi qaynağı qiymət və əməliyyat həcmidir. Texnik analizin təməli Dow Nəzəriyyəsinə dayanır.

5. Foreks bazarına pul invesitisya etmək nə qədər etibarlıdır?

Bəli, foreks bazarına rahatlıqla pul investisiya edə bilərsiniz. Foreks bazarında investisiya etmək qərarını verdiyinizi düşünək. Pulunuzu necə yatıracaqsınız və investisiya etdiyiniz pul harda saxlanılacaq? Məsələn, 100.000 ABŞ dollarlıq bir hesab açmaq istəyirsiniz və vasitəçi şirkətinizi ( broker şirkəti) təyin edirsiniz. Vasitəçi şirkət bütün əməliyyatları mütəmadi nəzarətdə saxlayır. Hər şeydən əvvəl vasitəçi şirkətlə bir müqavilə bağlayırsınız. Öz valyuta hesabınızın açıldığı bir bank tərəfindən vasitəçi şirkətinizin hesablarının olduğu, öz adınıza bir sub hesab açılır. Bu hesabdan sizdən başqa kimsə pul çəkmə səlahiyyətinə sahib deyil. Müqavilə imzalandıqdan sonra hesab nömrəniz göndərilir. Siz də bankınızdan hesabınıza 100.000 ABŞ dolları göndərirsiniz hesaba köçürüldüyünə dair təsdiq gəldiyi zaman əməliyyat edə bilərsiniz. Pulunuzu çəkmək istədiyinizdə pulunuz sizin qeyd etdiyiniz bank filialına və eyni qeyd etdiyiniz hesaba köçürülür. Hər hansı bir açıq pozisyanız yoxdursa, hesabınıza həmin gün pulunuz köçürülür.

6. Ticarətə necə başlaya bilərəm?

Bizim foreks tədris kurslarımıza qatılmaqla, foreksin təməl prinsiplərini öyrənməklə ticarətə başlama yollarını öyrənə bilərsiniz.