12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Foreksdə kimlər olur?

Yaxın keçmişdə Foreks bazarında ancaq hansısa təşkilata məxsus investorlar kommersiya və investisiya məqsədilə böyük məbləğdə sövdələşmə aparırdı. Lakin bu gün texnologiyanın inkişafı nəticəsində bazar dəyişmişdir. Əvvəllər çoxumuza gizli qalan, sirli olan treyderlik bu gün hər kəs tərəfindən daxil ola biləcək elektronik ticarət məkanına çevrilmişdir. Beynəlxalq portfel menecerləri, çoxmillətli korporasiyalar, dövlət, Mərkəzi Banklar  idxal və ixracatçılar, spekyulantlar və fərdlər forekslə məşğul ola bilər.
Bazar oyunçuları bir neçə qrupa bölünür.

Mərkəzi Banklar
Mərkəzi Bankların əsas funksiyası xarici bazarda valyutaları monitorinq etməkdir. Yəni, valyutaların kəskin dəyişilmə, iqtisadi böhranların qarşısını almaq üçün idxal və ixrac balansını qoruyur.
Foreks bazarında vacib rol oynayan Mərkəzi Banklar digər iştirakçılardan fərqli olaraq mənfəət qazanmaq məqsədi ilə iştirak etmirlər. Mərkəzi Bankların məqsədi ya tək, ya da digər Mərkəzi Banklarla ortaq olaraq pul siyasətinin prosedurlarını icra edir, pulun tələb və təklifini balanslaşdıraraq likvidliyi təmin edir, inflyasiyanı və iqtisadi inkişafı nəzarət altına alır.

Kommersial banklar
Foreks bazarının digər iştirakçıları kommersial banklarda açılan hesabların vasitəsilə lazımi əməliyyatları edirlər. Bu əməliyyatların böyük bir qismi bank müştərilərinin məsuliyyətində olan pullar nəticəsində icra olunur və buna görə də Deutsche Bank, Barclays Bank, Union Bank of Switzerland, Citibank, Chase Manhattan Bank, Standard Chartered Bank Foreks bazarında çox mühüm yer tutmaqdadır.

Vasitəçi şirkətlər
Brokerlərin banklararası dövriyyə üçün alıcı və satıcını bir yerə gətirməklə komissiya alan şirkətlərdir.

Fərdi investorlar

Əllərində olan vəsaiti Foreks bazarında investisiya edərək valyuta dəyişimləri nəticəsində mənfəət qazanmaq naminə iştirak edən şəxslərdir.