12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Niyə Foreks?

Foreks bazarının digər maliyyə bazarlarından üstünlükləri aşağıdakılardır:

1. Komissiya yoxdur
Valyuta dəyişmədə, dövlətin, brokerlərin tutduğu heç bir komissiya haqqı yoxdur. Brokerlər öz xidmətlərini ancaq alış-satış arasında qazanılmış mənfəətdən  kompensasiya edirlər.

2. Vasitəçi yoxdur
Foreks bazarında vasitəçi olmur. Bazar iştirakçıları birbaşa alış-satış etmə şansına sahibdir.

3. 24 saat işləkdir
Foreks bazarı 24 saat işləyir. İstənilən saatda dünyanın ən böyük maliyyə mərkəzi (banklar, kommersial şirkətlər, spekulyantlar) açıq olur və bazarın açılmasını gözləmədən ticarət etmək mümkündür. 

4. Bazara giriş üçün heç bir məhdudiyyət yoxdur
Onlayn foreks bazarı bazarın potensial iştirakçısına“mini” və “mikro” hesabların açmasını təklif edərək minimal kapital ilə bazara giriş üçün məhdudiyyəti aradan qaldırır.

5. Yüksək likvidliliyə malikdir
Foreks bazarı çox böyük olduğundan likvidlik yüksəkdir. Normal bazar şərtləri ilə alış-satış çox rahat baş tutur.

6. Operativlik səciyyəvi xüsusiyyətdir
Bazar 24 saat işləyir və burda iştirakçılar əməliyyatlarını etdikdən sonra baş verən hadisələrə reaksiyalar o andaca verilir.