12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Fundamental analizin göstəriciləri

Ticarət  balansı

 

Bir ölkənin (digər ölkələrlə) mal alqı-satqısının (ixrac,idxal) balansıdır. Ölkənin ixracı idxalından çoxdursa, müsbət, idxalı ixracından çoxdursa, mənfi ticarət balansı adlanır. Ticarət balansı Foreks təqibçilərini yaxından izləyir.

Ümumi Daxili Məhsul (ÜDM)

 

Bir ölkənin sərhədləri çərçivəsində müəyyən bir müddət ərzində ixrac, dövlət daxili istifadə və ehtiyat üçün istehsal olunan son məhsulların və xidmətlərin məcmu dəyəridir.

 

İstehlak Qiymətləri İndeksi (İQİ)

 

 İnflyasiyanı ölçür. İQİ istehlak səbətinin dəyərində baş verən dəyişiklikləri müəyyən­ləşdirmək üçün istifadə edilir. Başqa sözlə, əmtəə və xidmətlərin qiymətinin artdığı bir şəraitdə İQİ istehlakçının əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün onun gəlirlərinin nə qədər artırılmalı olduğunu müəyyən etməyə kömək edir.

 

İstehsal Qiymətləri İndeksi (İQİ)

 

Bütün satışlarda aylıq dəyişilməni ölçür. İQİ emal sektorunda qiymətlərin dəyişməsi haqda verilən məlumatlar inflyasiyanın ölçülməsi üçün yaxşı göstəricilərdən biridir.