12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Qrafiklər

Qrafiklər, diaqramlar texnik analitikinin ən təməl köməkçisidir. Ən çox istifadə olunan 3 növ qrafik mövcuddur:

1. Xətti qrafik: Foreksdə ən sadə qrafik növlərindən biridir. Bu qrafik müəyyən bir kurs üçün keçmişdə olan qiymət hərəkətlərinin zaman periodunda dəyişilməni qrafik şəklində göstərir. Qrafik gündəlik bağlanış qiymətləri ilə yaranır.

 

2. Parça qrafik, başqa sözlə Bar qrafik: istənilən zaman arasında (məsələn, hər 30 dəqiqə) müəyyən bir kurs performansının dik parçaların köməyi ilə göstərilməsinə kömək edir. Parça qrafikinə AMMB ( Açıq, Maksimum, Minimum, Bağlı) qrafiki də deyilir.

 

3. Şam qrafiki : Şamın gövdə hissəsi qiymətlərin açılış və bağlanış qiymətləri arasında fərqi göstərir. Rəngi (bu vəziyyətdə qırımızı bazarın aşağı, göy isə yuxarı olmasını göstərir.) günün (ya həftə, ya ay) maksimum, ya da minimum ilə bağlanışını göstərir.
Şamın fitilləri isə həmin gün(həftə, ay) üçün ifrat minimum və ya maksimum valyuta qiymətlərini göstərir