12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Trend xətləri

Trend xətləri trendlərin müəyyənləşməsinə kömək etməkdən əlavə eyni zamanda potensial müdafiə və müqavimət sahələridir. Trend xətti əməliyyatda olan instrumentin qiymət axışı içərisində ən azından iki təpə, ya da alt nöqtələri birləşdirən düz bir xətdir. Bu iki nöqtə arasındakı heç bir qiymət trend xəttini kəsməməlidir. Bu şəkildə bir trend xətti qiymətlərin bu təpə, ya da ən alt nöqtələrindən gerilədiyi və qıra bilmədiyi üçün müqavimət və müdafiə sahələrini müəyyən edir. Trend xətləri uzandıqca daha etibarlı hala gəlirlər, xüsusilə qiymətlərin bir neçə dəfə trend xəttinə dəyib ancaq geri qayıtdıqları vəziyyətlərdə daha etibarlı olurlar.

Uzun müddətli bir trend xəttinin kəsilməsi ilə tərs istiqamətli bir trendin yaranma ehtimalı da vardır. Yenə də belə bir vəziyyətin ola bilmə zəmanəti yoxdur. Trend istiqamətinin dəyişəcəyinə dair bütün göstəricilər müəyyən olsa belə gələcəkdə qiymətlərin hansı səviyyəyə gələcəyinin təyin olunmasında istifadə olunün heç bir metod yoxdur.