12:12:37
Nyu York
17:12:37
London
01:12:37
Tokio
03:13:02
Sidney
497 44 28


Foreks haqqında

Foreks nədir?

Foreks, ya da ingilis dilində “Foreign Exchange”(pul mübadiləsi, pul dəyişmə) söz birləşməsindən götürülərək qısaldılmış və xarici valyuta mənasını daşıyır. Foreks fərqli ölkələrin pullarının bir-birilə dəyişdirildiyi qlobal bir valyuta bazarıdır. Foreks bazarı Banklararası Beynəlxalq maliyyə bazarı olmaqla dünyanın ən böyük, 24 saat fasiləsiz çalışan, hesablamalara görə gün ərzində 3.6 trilyon ABŞ dolları məbləğində vəsaitin sövdələşdiyi yerdir. Foreks bazarı təməl olaraq pul vahidləri arasında bir mübadilə platformu kimi istifadə edilsə də bu bazarda qızıl, gümüş kimi qiymətli metallar, neft, fərqli birjalara bağlı səhmlərin indeksləri də dövriyyədədir.

Bu bazarda istifadə olunan kredit çiyninin nisbəti həm yüksək risk, həm də yüksək gəlir imkanı təmin etməkdədir.

Foreks bazarının iştirakçıları kommersial banklar, mərkəzi banklar, sığorta şirkətləri, böyük şirkətlər, beynəlxalq fondlar və fərdi investorlardır.

Foreks bazarında əmrlərin verildiyi və ya alındığı bir mərkəz yoxdur. Ancaq dünyanın fərqli coğrafi yerlərində ticarət mərkəzləri vardır. Bu mərkəzlər arasında ən vacib olanlar London, Nyu York, Tokio, Frankfurt, Sinqapur, Paris və Honq Konqdur. Əməliyyatlar banklar, təşkilat və fərdi investorlar arasındakı elektron şəbəkə vasitəsi ilə edildiyindən bu bazarda 5 gün 24 saat boyunca əməliyyatların aparılması mümkündür. Foreks bu gün hər bir treyderin, investorun internet vasitəsi ilə günün hər saatında əməliyyat edə bildiyi çox aktiv bir bazardır.

Tarixi:

Foreks 1971-ci ildə "Bretton Woods" müqaviləsinin ləğvi, sabit valyuta sistemindən üzən valyuta sisteminə keçidi ilə beynəlxalq valyuta dəyişimə bazarı kimi tanınmışdır. Dünyanın ən böyük banklarının (Deutsche Bank, Barclays Bank, Union Bank of Switzerland, Citibank, Chase Manhattan Bank, Standard Chartered Bank) günlük dövriyyələri milyardlarla dolları keçməkdədir. Banklararası ticarətdə 10 milyon dollar və daha artıq vəsait istifadə olunur.

 

Foreks bazarının xronologiyası:

1913-cü ildə ABŞ Konqresi "Federal Ehtiyat Sistemi"ni (Federal Reserve System) yaratdı.
1933-cü ildə Konqres 1929-cu ildə olan böyük böhranın təsirlərini silə bilmək üçün "Qiymətli Kağızlar Qanunu"nu təsdiqlədi.
1944-cü ildə 2-ci Dünya Müharibəsindən sonra qlobal iqtisadiyyatı stabilləşdirmək üçün "Bretoon Woods" sazişi imzalandı.
1971-ci ildə səhmlərin daha geniş bir kanalda dalğalanması üçün "Smithsonian" müqaviləsi imzalandı.
1972-ci ilə avropalılar ABŞ dollarında olan asılılıqdan azad olmaq üçün "European Joint Float" sazişi imzaladı.
1973-cü ildə "Smithsonian" və "European Joint Float" ləğv edilərək rəsmi sərbəst üzən sistemə keçirildi.
1978-ci ildə sərbəst üzən sistem İMF tərəfindən rəsmi olaraq elan olundu.
1994-cü ildə onlayn valyuta ticarəti başladı.
2000-ci ildə "Emita Modernizasiya" qanunu fyuçerz və forvardları əhatə edən qanunları özündə cəmlədi.
2002-ci ildə "Avro" 12 Avropa Birliyi ölkəsinin rəsmi pul vahidi oldu.